ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N’-ASİL-SALİSİLHİDRAZİDLƏRİN Zn KOMPLEKSLƏRİNİN ANTİMİKROB VƏ ANTİFUNGİSİD XASSƏLƏRİ
G.H.Gondolova

Potensial tridentat (salisil fraqmentinin karbonil və hidroksil qruplarının oksigen atomları, amid qrupunun azot atomu) N’-ftalimid-salisilamid liqandı və potensial heptadentat (salisil fraqmentinin karbonil və hidroksil qruplarının oksigen atomları, hidrazid fraqmentinin iki azot atomu, malein fraqmentinin karbonil və karboksil qruplarının üç oksigen atomu) N’-maleoil-salisilhidrazid liqandı ilə Zn kompleksərinin antibakterial (Pseudomonas aeruginosa и Mycobacterium phlei) və göbələk (Aspergillus niger, Penicillium Chrysogenium, Penicillium chrosegenum, Cladosporium resinae) əleyhinə xassələrinin tədqiqatları aparılmışdır. Nümunələrin antibakterial və antifungal effektivliyi GOST 9.085-78-ə uyğun olaraq zonal diffuziya üsulu ilə müəyyən edilmişdir. Bakteriya nümunələrinin becərilməsi üçün ət-pepton aqar (ƏPA), göbələklər üçün isə suslo-aqar (SA) istifadə edilmişdir. Bu tədqiqatlar hər iki liqandın antibakterial təsirinin olmadığını, lakin antigöbələk təsirinə malik olduğunu göstərmişdir. Bu liqandların Zn kompleksləri isə həm antibakterial, həm də antigöbələk təsirə malik olduqlarını göstərirlər. Komplekslərin antimikrob xassələri liqandlarınkından daha yüksəkdir və bu xassələr kompleks birləşmələrin məhlulda qatılığı artdıqca artır. Sintez olunan H2L, H4L, (H3L)2Zn, (HL)2Zn  birləşmələrin antioksidant təsirini kumolun oksidləşmə reaksiyaları − kumolun avtooksidləşməsi və kumilperoksidlə reaksiyası vasitəsilə tədqiq edilmişdir. Birləşmələrin iştirakı nəticəsində oksidləşmənin qarşısını alan inhibitor və ya antioksidant kimi təsir mexanizmininin müəyyən olunması kumolun avtooksidləşməsinin araşdırılması ilə tədqiq edilmişdir

doi.org/10.32737/0005-2531-2022-4-71-77

Açar sözlər : antimikrob və antifungisid effektivlik, antioksidant təsiri, Zn komplekslər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı