ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PİRAZİN 2-KARBON TURŞUSUNUN Ni(II) METALI İLƏ KOMPLEKC BİRLƏŞMƏSİNİN SİNTEZİ VƏ QURULUŞ TƏDQİQİ
S.S.Həsənova, E.M.Mövsümov

Pirazin 2-karbon turşusunun tərkibində karboksil qrupunun donor oksigen atomları və pirazin həlqəsində iki ədəd donor azotatomlrı olduğundan keçid elementləri ilə davamlı kompleksbirləşmələrin əmələ gəlməsi gözlənilir. Bu səbəbdən də liqandın Ni(II) kompleks birləşməsi sintez olunmuş və onun monokristalları alınaraq avtomatlaşdırılmış difraktometrə molekulyar və kristal quruluşu öyrənilmişdir. Kompleks birləşmələrin kristalloqrafik parametrləri aşağıdakı kimidir: Molekul formulu C10H10N4NiO6, Molekul kütləsi 340.91 k.v.; ölçmə zamanı temperatur 100.0(2)K; Udulma tezliyi MoK2=0,71073E.Volt, Sinqoniya Monoklinik; fəza qrupu P21/c, Kristal qəfəsin parametrləri: a=5.2136Å, b=11,10073Å, c=10.15267Å; β=100.14620C, Kristal qəfəsin həcmi V=578.395Å3, Kristaı qəfəsdə yerləşən molekulların sayı z=2, sıxlığı d=1.956 q/sm3, udulma əmsalı 1.715 mm-1, Monokristalın ölçüləri 0.20x0.18x0.15 mm3; tetanın həddi 3.670–30.6100C; kristal kəsiyində hkl müstəvilərinin sərhədləri h=-7, +7, k=-15, +15, L=-14, +14, toplanmış reflekslərin ümumi sayı 8546. Asılı olmayan reflekslərin sayı 1727, Keçidlərin sərhəddi 0.761 və 0.707. Yekun Rfaktor=0.0240. Məlum olmuşdur ki, mərkəzi atomNi(II) liqandın karboksil qrupunun bir oksigen atomu və pirazin həlqəsinin donor azot atomu ilə elat tipində rabitəyaradaraq beş üzvlü davamlı həlqə yaradır. Karboksil qrupunun digər oksigen atomu su molekulları ilə güclü hidrogen rabitəsi yaradır. Ni – O rabitəsi 2.0874 Å, Ni–N rabitəsi isə 2.0864 Å  olur

10.32737/0005-2531-2022-4-66-70

Açar sözlər : pirazin 2-karbooksil turşusu, Ni(II) kompleksi, beşüzvlü davamlı həlqə, hidrogen rabitəsi, rentgen quruluş analiz, kristal quruluşu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı