ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DƏMİR OKSİD NANOZƏRRƏCİKLƏRİNİN VƏ BİOGEN METALLARIN ÜZVİ TURŞULARLA KOMPLEKSLƏRİNİN BUĞDA TOXUMLARININ FİZİOLOJİ VƏ BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİNƏ TƏSİRİ
G.H.İsmayılova, Ş.İ.Qəhrəmanova, İ.V.Əzizov, T.O.Qəhrəmanov

Manqan (II) və sinkin (II) müxtəlif liqandlarla (salisil turşusu və sistein) [MnL2(H2O)2]2H2O, [ZnL2(H2O)2]2H2O kompleksləri sintez edilmişdir. Göstərilmişdir ki, alınan komplekslərin tərkibi ilkin komponentlərin nisbətindən asılıdır. Komplekslərin tərkibi və strukturu element, rentgen faza analizi, (İDS) üsulu, UB- spektroskopiyası, İQ-spektral və termoqravimetrik analizlərlə öyrənilmişdir. İQ-spektroskopiya analizi üsulu ilə müəyyənləşdirilmişdir ki, metal (II) komplekslərinin tərkibinə liqandlar neytral formada daxil olur və kompleksləşdirici ilə azot atomu vasitəsilə koordinasiya edir. UV spektroskopiyaya görə Mn (II) kompleksi üçün 480–560 nm, Zn (II) kompleksi üçün 238 nm dalğa uzunluğuna uyğun olan d-d keçidi müşahidə edilmişdir.Termoqravimetrik tədqiqatların nəticələri göstərdi ki, bütün birləşmələrin termiki parçalanmasının son məhsulu müvafiq olaraq metal oksiddir. Manqan və sinkin sistein, metionin, qlisin və salisil turşusu amin turşuları və Fe2O3 nanohissəcikləri ilə kompleks birləşmələri toxumun cücərməsinə, fotosintetik piqmentlərin sintezinə, buğda yarpaqlarında askorbat peroksidazanın aktivliyinə faydalı təsir göstərir

doi.org/10.32737/0005-2531-2022-4-53-59  

Açar sözlər : salisil turşusu, sistein, metal oksidi, amin turşu, İQ spektroskopiyası, nanohissəciklər, termoqravimetriya, cücərmə, xlorofil,askorbat peroksidaza
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı