ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FRİDEL–KRAFTS KATALİZATORLARININ İŞTİRAKI İLƏ POLİİZOBUTİLENİN POLYAR MONOMERLƏRLƏ MODİFİKASIYASINDAN KOMPOZİSYON MATERİALLARIN ALINMASININ PRİNSİPİAL TEXNOLOJİ SXEMİ
X.Ş.Hacıəhmədzadə, E.T.Bağırova, İ.V.Əhmədova

Laboratoriya şəraitində  poliizobutilenin  destruksiyası və modifikasiyasını aparmaq üçün istifadə edilən reaktor  pireks şüşəsindən hazırlanmışdır. İlk dəfə olaraq Fridel–Krafts katalizatorlarının poliizobutilenin destruksiyasının radikal – zəncirvari mexanizminin inisiatoru olduğu aşkar edilmışdir. Bu mexanizmə əsaslanaraq onun polyar monomerlərlə (akrilonitril və vinilasetat) modifikasiyasi aparilmishdir. Bu ise yeni tipli sopolimerlərin alinmasi uçün sərait yaratmiş olur. Bununla da Fridel–Krafts katalizatorlarının iştirakı ilə poliizobutilenin destruksiyası  radikal-zəncirvari mexa­nizminin inisiatoru olduğu tam sübüta yetirilmışdir. Alinmış poliizobutilenin poliakrilnitril (PİB-PAN) və poliizobutilenin polivinilasetet (PİB-PAV) sopolimerləri istehsalatda müxtəlif növ kompasiziyali məhsulların alinması üçün əlverişli xammaldır. Məqalədə Kimya texnologiyasının əsas məsələlərindən biri, proseslərin laboratoriya təcrübə qurğusundan sənaye istehsalat qurğusuna keçidi həyata keçirilmışdir. Qarşıya qoyulan  məsələlər öz həllini tapmış, tədqiq olunan proseslərin riyazi hesablamaları aparılmış, poliizobutilenin polyar monomerlər olan akrilonitril və vinilasetatla modifikasiyalarının və onlarin əsasında kompozisyaların alınmasının  prinsipal texnolojı sxemi öz əksini tapmışdır

doi.org/10.32737/0005-2531-2022-4-48-52 

 

Açar sözlər : Lyuis turşusu, poliolefin, kation, akrilonitril, vinilasetat, alüminiumhalogenid, alkilhalogenid, heksan
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı