ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Fe(III) İONLARININ MODİFİKASİYA OLUNMUŞ ADSORBENTLƏ ADSORBSİYASI: ADSORBSİYA İZOTERMLƏRİ
E.C.Eyyubova, X.C.Nağıyev, S.E.Məmmədov, Ə.A.Mətin, F.M.Çıraqov

Hazırkı iş malein anhidrid stirol sopolimeri (MAST) və N,N`-difenilquanidin (S) əsasında yeni növ adsorbentin sintezinə və onun 4,4'-(etan-1,2-diylbis(azanililiden))bis(pentan-2-on) (S+R) ilə modifikasiyasına həsr edilmişdir. Bu adsorbentlə Fe (III) ionlarının adsorbsiya tədqiqi aparılmışdır. Məhsulun adsorbsiya qabiliyyətinə pH dəyərinin, təmas vaxtının, ion qüvvəsinin və ilkin metal ionlarının qatılığının təsiri öyrənilmişdir. Tədqiqatlar zamanı bir neçə adsorbsiya izotermləri və kinetik modellər tədqiq edilmiş və məlum olmuşdur ki, tarazlıq məlumatları psevdoikinci dərəcəli modellə yaxşı uyğunlaşır və psevdoikinci dərəcəli model adsorbsiya prosesini təsvir edə bilər. Nəticələr Lengmür adsorbsiya izoterm modelinə ən uyğun gəlir. Tədqiqatlar göstərdi ki, adsorbsiya qabiliyyəti 404.88 mq/q-a bərabər olan ilkin məhsul (S) ilə müqayisədə reagentilə modifikasiya edilmiş adsorbent (S+R)Fe(III) ionlarına qarşı (890.68 mq/q)daha yüksək adsorbsiya qabiliyyətinə malikdir. Sintez edilmiş adsorbent Enerji Dispersiv Rentgen Spektroskopiyası (EDS) və Ultrabənövşəyi Görünən Spektroskopiya (Uv/Vis) ilə Skanedici Elektron Mikroskopiyası (SEM) ilə xarakterizə edilmişdir. Adsorbentin temperatur sabitliyi termal analiz üsulları (TG, DTA, DDTA) ilə tədqiq edilmişdir

doi.org/10.32737/0005-2531-2022-4-33-42

 

Açar sözlər : Fe (III), Adsorbsiya, Skanedici Elektron Mikroskopiya (SEM), Enerji Dispersiv Rengten Spektroskopiyası (EDS), Ultrabə növşəyi Görünən Spektroskopiya (UB/Gör)
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2026
MÜNDƏRİCAT
- KATALİTİK KREKİNQ QAZLARININ BUTAN-BUTİLEN FRAKSİYASININ ÇEVRİLMƏSİ REAKSIYASINDA 5%Zr/КН-4/Al2O3 KATALİZATORUNUN OLİQOMERLƏŞDİRMƏ VƏ AROMATİKLƏŞDİRMƏ XASSƏLƏRİNİN TƏDQİQİS.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİE.A.Quliyeva, P.Ə.Fətullayeva, Ə.Ə.Məcidov, T.Y.ƏsgərovaDavamı