Məqalədə elektrokimyəvi sintez nəticəsində əldə edilmiş neytral və qələvi mühitlərdə Ni-Mo nazik təbəqələrinin elektrokatalitik xassələrinin öyrənilməsinə dair məlumatlar təqdim olunmuşdur. Müxtəlif elektrodlarda (Ni, Pt, Polad-3) və müxtəlif tərkiblərdə çökdürülmüş Ni-Mo nazik təbəqələrinin elektrokatalitik xassələrinin müqayisəli xarakteristikaları xətti polyarizasiya əyrilərinin çəkilməsi və Tafel meylinin hesablanması ilə müəyyən edilmişdir. Ən yüksək katalitik aktivlik termiki emal edilməmiş nikel elektrodda çökdürülmüş Ni73.5Mo13.3O13.2 tərkibli nazik təbəqələrdə əldə edilmişdir. Təbəqələrin mikrobərkliyinin onların tərkibindən asılılığı müəyyən edilmiş və tərkibində 38% Mo olan Ni-Mo nazik təbəqələri ən yüksək mikrobərkliyə malik olmuşdur. Müəyyən edilmişdir ki, təbəqələrin korroziyaya davamlılığı onların tərkibindəki molibdenin tərkibindən asılıdır və ərintilərdə onun miqdarının artması onların korroziyaya davamlılığını artırır, lakin təbəqələrin katalitik aktivliyi azalır
doi.org/10.32737/0005-2531-2022-4-27-32