Ti (IV) nin 4-(2ʹ,3ʹ,4ʹ-trihidroksifenil)-2-nitro-1-sulfoazobenzen (H3L) ilə kation səthi aktiv maddələrin (CPAS) (setilpiridin xlorid (CPCl), setilpiridin bromid) əlaqəsi (CPBr), setiltri-metilammonium bromid (CTMABr) iştirakı və iştirakı olmadan qarşılıqlı təsiri öyrənilmişdir. Ber qanununa tabeçilik intervalı təyin edilmişdir. Titanın(IV) komplekəmələgəlməsində A=f(C) asılılığında xətti tənlikləri çıxarılmışdır. Titanın (IV) kompleksə tam bağlanması üçün reagentin iki qat artıq olması tələb olunur. Kompleksəmələgəlməyə zamanın və temperaturun təsiri öyrənilmişdir. Titanın(IV) binar və müxtəlifliqandlı komplekslərinin davamlılıq sabitləri hesablanışdır. Binar kompleksin komponentləri nisbəti 1:2, müxtəlifliqandlı komplekslərdə isə 1:2:2 kimidir. Titanın(IV) bu reagentlərlə kompleksəmələgətirməsinə kənar ionların və pərdələyici maddələrin təsiri öyrənilmişdir. Təyinata qələvi, qələvi torpaq metalları və bir çox keçid elementləri mane olmur. Buna görə də bu metodikalar titanı müxtəlif nümunələrdə təyin etməyə imkan verir. İşlənmiş metodika alüminium əsaslı ərintidə titanın (IV) təyininə tətbiq edilmişdir
doi.org/10.32737/0005-2531-2022-4-15-20