ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SİM. POLİMETİLFERROSEN/SİM. POLİMETİLFERRİSİNİUM (MenFc/MenFc+) (n=6, 8, 10) REDOKS SİSTEMLƏRİN ÜZVİ HƏLLEDİCİLƏRDƏ ELEKTROKİMYƏVİ TƏDQİQİ
N.Z.İbrahimova, A.Ş.Əliyev, Q.M.Cəfərov, İ.U.Lətifov, D.B.Tağıyev

Simmetrik quruluşlu polimetilferrosen və müvafiq polimetilferrisinium kationundan ibarət MenFc/MenFc+ (n=6, 8, 10) redoks sistemlər üzvi həlledicilərdə – asetonitril, dixlormetan və dimetilsulfoksiddə tsiklik voltampermetriya üsulu ilə tədqiq edilmişdir. Redoks sistemləri təşkil edən reagentlərin (MenFc və MenFc+) diffuziya əmsalının qiymətləri Randles-Sevcik tənliyi üzrə hesablanmış və göstərilmişdir ki, sistemdə baş verən reaksiya “diffuziya ilə məhdudlaşmış birelektronlu dönən elektrokimyəvi reaksiyadır”. Diffuziya əmsalının qiymətlərinin həm redoks sistemlərin Fc/Fc+ → Me6Fc/Me6Fc+ → Me8Fc/Me8Fc+ → Me10Fc/Me10Fc+ ardıcıllığı üzrə, həm də reagentdə yükün olub-olmamasından asılı olaraq dəyişməsinin xüsusiyyətləri metil qruplarının sayı artdıqca reagentlərin həcminin (ölçülərinin) artması və məhluldakı elektrolit anionları ilə polimetilferrisinium kationlarının qarşılıqlı təsiri ilə şərh edilmişdir. Hər bir MenFc/MenFc+ redoks sistemində kationun diffuziya əmsalının mole­kulun diffuziya əmsalına qiymətcə çox yaxın olması Nernst tənliyinə uyğun olaraq sistemin standart elektrod potensialını (Eo) yarımdalğa potensialı (E1/2) ilə əvəzetməyə imkan vermişdir. Redoks sistemlərin yarımdalğa potensialının qiymətinə həlledicinin təbiətinin təsiri öyrənilmişdir. Göstərilmişdir ki, tsiklopentadienil halqalarında  metil qruplarının olması reagentlərin (xüsusilə dəmir atomunun) həlledici molekulları ilə qarşılıqlı təsirini Fc/Fc+ sistemindəki qarşılıqlı təsirlə müqayisədə əhəmiyyətli dərəcədə zəiflədir və nəticədə ətraf mühit – həlledici molekulları və elektrolit ionları bu sistemlərin yarımdalğa potensialına daha az təsir edir

doi.org/10.32737/0005-2531-2022-4-8-14

Açar sözlər : müqayisə elektrodu; redoks sistemlər; voltampermetriya; sim. polimetilferrosen; sim. polimetilferrisinium; yarımdalğa potensialı; diffuziya əmsalı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı