Bu məqalədə samarium(III)-ün 3-(2-hidroksi-3-sulfo-5-(nitrofenilhidrazo)pentan-2,4-dion (R) ilə kompleks əmələ gəlməsinin səthi aktiv maddələr, setilpiridinium xlorid (SPCl), setilpiridinium bromid (SPBr), setiltrimetilammonium bromidin (STMABr) iştirakı və yoxluğunda tədqiqinin nəticələri təqdim olunur. Eyni (1:2) və qarışıq liqand (1:2:2) birləşmələrinin tərkibində reaksiya komponentlərin nisbəti təyin edilmişdir. Ber qanununa uyğunluq diapazonu müəyyən edilmişdir.Tədqiq olunan komplekslərin xüsusi elektrik keçiriciliyi konduktometrik titrləmə üsulu ilə tədqiq edilmişdir.Monasitdə samariumun fotometrik təyini üçün metodika işlənib hazırkanmışdır. Məhlulların turşuluğuna ESL-43-07 şüşə elektrodu ilə I-130 ion sayğacında nəzarət edildi. Məhlulların optik sıxlığı LAMBDA-40 spektrofotometrində (PerkinElmer) və KFK-2MP fotokolorimetrində təbəqə qalınlığı 1 sm olan kyuvetdə ölçüldü. Məhlulların xüsusi elektrik keçiriciliyi Mettler Toledo konduktorunda ölçüldü. Məlum olmuşdur ki, üçüncü komponentin iştirakında qarışıqliqandlı kompleksin analitik göstəriciləri artır. Alınmış nəticələr Sm(III)-ün monasittə təyini üçün istifadə edilmişdir
doi.org/10.32737/0005-2531-2023-1-169-175