Az miqdarda olan uranil-ionların sulu məhlullardan ekstraksiya yolu ilə çıxarılması öyrənilmişdir. Müəyyən edilmişdir ki, xlorlaşdırılmış naften turşuları sulu məhlullardan uranın çıxarılması üçün effektiv ekstragentdir. Qələvi metal duzlarının iştirakında uranıl-ionlarının ekstraksiyası, götürülmüş duzun anion tərkibindən və onların qatılığından asılılığı öyrənilmişdir. рН1/2 az miqdarda turş və ya qələvi mühitə yerini dəyişir, bu da uranil-ionlarının seçici olaraq ekstraksiyasına imkan verir. Üzvi fazaya az miqdarda kiçik malekulalı amin əlavə edilməsi uranın ekstraksiyasının az miqdarda yaxşılaşdırır. Lakin uranil-ionlarının ekstraksiyasının yüksək effektivliyi anilin iştirakında olur. Su fazasının turşuluğunun nisbətən geniş intervalda xlorlaşdırılmış naften turşuları ilə uranil-ionlarının çıxarılması imkan verir ki, uranın məhlullarda az miqdarını təyin metodikası işlənib hazırlansın.