ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KUMOLUN DİXLORMALEİN TURŞUSUNUN N-(p-ASETAMİDFENİL)İMİDİ İŞTİRAKINDA MOLEKULYAR OKSİGENLƏ AEROBİK OKSİDLƏŞMƏSİ
Y.M. Nağıyev, E.B. Zeynalov, G.Ş. Əsədzadə

 

Təqdim olunan işdə laboratoriyamızda sintez olunan N-(p-asetamidfenil) dixlormaleimidlə kumolun hava oksigeni ilə 1000C temperaturda aerobik oksidləşmə prosesinin nəticələri təsvir olunmuşdur. Müəyyən edilmişdir ki, dixlormalin turşusunun N-(p-asetamidfenil)imidi göstərilən oksidləşmə prosesində aktiv katalızatordur. Qeyd olunan prosesdə karbohidrogenin 70%-i oksidləşməyə məruz qalır.Reaksiya zamanı alınan hidroperoksidfenola, asetofenona,2-fenil-2-propanola, 4-metilbenzoy turşusuna və üçlübutilbenzola çevrilir.Yuxarıda qeyd olunanları nəzərə alaraq N-(p-asetaminilfenil)imidin dixlormale alkilaromatik birləşmələrin aerobik oksidləşməsi üçün aktiv katalizator kimi istifadəsi təklif edilir.

 

Açar sözlər : kumol, aerobik oksidləşmə, N-(p-аsetaminikfenil)imid dixlormale, katalitik aktivlik, asetofenon, 2-fenil-2-propanol, fenol ,4-metilbenzoy turşusu, üçlübutilbenzol
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı