BƏZİ BENZİLİDENMALONONİTRİLLƏR ƏSASINDA ÜÇKOMPONETLİ SİNTEZLƏR
Katalizatorsuz şəraitdə, metanol mühitində bəzi benzilidenmalononitrillərin malondinitril, eləcə də müxtəlif aminlərlə ardıcıl üçkomponentli reaksiyası aparılmış və reaksiyadan yeni əvəzedilmiş imino- və imidazopiridinlərin əmələ gəlməsi müəyyən edilmişdir. Sintez edilən birləşmələrin quruluşu NMR və RQA analiz metodlarının köməyilə təsdiq olunmuşdur.
Açar sözlər : 2-tiofenmetilamin, malononitril, benzilidenmalononitril, NMR, X-Ray
Məqaləyə baxın