ETANOLUN İZOBUTILENLƏ ALKİLLƏŞMƏSİ PROSESİNİN ÇOXÖLÇÜLÜ ANALİZ METODU İLƏ OPTİMALLAŞDIRILMASI
Motor yanacaqları üçün yüksək oktan ədədli komponent kimi istifadə olunan etil-üçlü-butil efirinin (ETBE) sintezi üçün optimal şərait müəyyənləşdirilib. Proses yeni heterogen katalizator iştirakında etanolun i-butilenlə alkilləşməsi əsasında reallaşdırılıb. Təcrübənin çoxölçülü analiz metodu əsasında müəyyən olunur ki, məqsədli məhsulun maksimum çıxımını təmin edən temperatur 20–500C və etanol:i-butilen = 3:1 mol nisbəti proses üçün optimal şərait kimi qəbul oluna bilər.
Açar sözlər : alkilləşmə, etanol, izobutilen, yeni katalizator – 0.3% Pt[ZSM][H+], optimallaşma
Məqaləyə baxın