La2S3–Ga2S3–Nd2S3 SİSTEMİNDƏ ŞÜŞƏLƏRİN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ
Fiziki-kimyəvi analizin kompleks metodları ilə La2S3–Ga2S3–Nd2S3 sistemdə şüşəmələgəlmə sahəsinin sərhədləri təyin edilmişdir. Alınan şüşələrin termiki parçalanması öyrənilmiş və İQ spektrləri çəkilmişdir. Müəyyən edilmişdir ki, bu şüşələr 880 K-də havada davamlıdır. Şüşələrin İQ spektrlərində Me–S rabitəsini xarakterizə edən zolaqlar ilkin kristal komponentlərin spektrlərindəki zolaqlara nisbətən daha yüksək intensivliyə malikdir və yüksəktezlikli sahəyə tərəf çəkilmişdir, bu da ehtimal ki, Me–S kovalent rabitəsinin güclənməsindən irəli gəlir.
Açar sözlər : şüşəəmələgəlmə, kristalaşma, derivatoqrafik analiz, stexiometrik tərkib
Məqaləyə baxın