ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SULPHOTURŞULARIN MONOXLORAMİNLƏRİNİN DOYMAMIŞ BİRLƏŞMƏLƏRLƏ REAKSİYASININ BƏZİ XÜSUSİYYƏTLƏRİ
S.A.Məmmədov, L.F.Zeynalova, S.İ.Məmmədova, N.P.Ladoxina, Ə.Ə.Mahmudova, S.S.Babayev

 

Benzolsulphoturşunun monoxloramidinin allilxloridlə reaksiyası öyrənilmişdir. Aproton məhlullar iştirakında xloramidləşmə reaksiyası gedir,  proton məhlullarla isə etilenxlorhidrinlərin törəmələri əmələ gəlir. Sintez olunmuş  N-β-xlorsulphamidlərdə xlor atomları çox reaksiyaqabiliyyətlidir və hətta 10%-li sulu qələvi məhlulunda çox asanlıqla nukleofillərlə əvəz olunurlar. Xlor atomunu itirdikdə aziridinsulphamidlərə çevrilirlər.

 

Açar sözlər : xloramin-B və -T, hetarilsulphamid, aziridinsulphamid, antikorrozion aktivlik, triboloji xassələr
Məqaləyə baxın