ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Sb2S3-Cr2Se3 SİSTEMİNDƏ FAZA TARAZLIĞININ VƏ ALINAN FAZALARIN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİNİN TƏDQİQİ
E.İ.Məmmədov, F.V.Yusubov, L.F.Məsiyeva, İ.İ.Əliyev, C.A.Ahmedova, X.M.Həşimov

Sb2S3-Cr2Se3 sistemində faza tarazlığı kompleks fiziki-kimyəvi analiz metolları (DTA, RFA, MCA həmçinin sıxlığın və mikrobərkliyin ölçülməsi) vasitəsilə tədqiq edilmiş və faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, sistemin faza diaqramı kvazibinar olub, evtektik tiplidir. Sistemdə kimyəvi qarşılıqlı təsir zamanı Cr2Sb2S3Se3 tərkibli bir birləşmə əmələ gəldiyi müəyyən edilmişdir. Cr2Sb2S3Se3  birləşməsi 6500C-də inkonqruyent əriyi. Sb2S3 birləşməsi əsasında  α –bərk məhlul ilə Cr2Sb2S3Se3 birləşməsi arasında əmələ gələn evtektikanın tərkibi 17 mol %  Cr2Se3, temperaturu 4500C-dir. Sistemdə başlanğıc komponentlər əsasında məhdud miqdarda bərk məhlul əmələ gəlir. Otaq temperaturunda  Sb2S3 birləşməsi əsasında 5 mol % Cr2Se3 həll olur, Cr2Se3 birləşməsi əsasında təmini 3 mol % Sb2S3 həll olur. Rentgenfaza analizinin nəticələrinə əsasən Cr2Sb2S3Se3 birləşməsinin tetraqonal sinqoniyada kristallaşır və qəfəs parametri: a=16.37; c=11.69 Å, ρpik.=5.40 q/sm3,  ρrent.=5.42  q/sm3-dir. (Sb2S3)1-x(Cr2Se3)(x=0.01; 0.02; 0.03) bərk məhlul ərintilərinin elektrik keçiriciliyinin və termo-e.h.q-nin temperatur asılılığı öyrənilmişdir

doi.org/10.32737/0005-2531-2023-3-152-160

Açar sözlər : faza, mikrobərklik, bərk məhlul, evtektika, solidus
Məqaləyə baxın