ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Co–Se ƏRİNTİSİ ƏSASINDA KATOD MATERİALININ ELEKTROKİMYƏVİ ALINMASI
K.İ.Hacıyeva, Y.E.Əlizadə, A.Q.Əliyeva, S.P.Cavadova

Hazırki iş Co-Se nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə və əmələ gələn təbəqələrin tərkibinə müxtəlif amillərin təsirinin öyrənilməsinə həsr edilmişdir. Məlum olmuşdur ki, həm ayrı-ayrı komponentlərin çökməsi zamanı, həm də onların birgə iştirakı zamanı (Se, Co və CoSe) elektroreduksiya potensialları müvafiq olaraq 0.35 V, -0.2 V, 0.23 V-a bərabərdir. CoSe-nin anod həll olması 0.75 V potensialında müşahidə olunur. Selen və kobaltın elektrokimyəvi reduksiyası 2 mərhələdə baş verir. CoSe elektrokimyəvi çökməsinin kinetikasına həm temperatur, həm də elektrod materialı əhəmiyyətli təsir göstərir. 600C-dən yuxarı temperaturda alınan təbəqələrin  keyfiyyəti pisləşir. 25-600C temperatur intervalında yüksək adgeziya qabiliyyətinə malik keyfiyyətli kristal təbəqələr alınır. Katod materialı kimi Pt, Ni götürülmüşdür, anod - Pt. Eleketrokimyəvi yolla alınmış CoSe  nazik təbəqələri Se-nin miqdarı aşağı olduqda n tipli keçiriciliyə, Se-nin miqdarı yüksık olduqda isə  p tipli keçiriciliyə malikdir. Bundan əlavə, elektrolitin optimal tərkibi və stexiometrik tərkibə yaxın nazik CoSe təbəqələrinin alınması üçün elektroliz rejimi müəyyən edilmişdir: 0.01M H2SeO3, 0.1М CoCl2, 100ml H2O, i=0.2–0.4 mA/sm2,  Т=25–600С, Katod - Pt, Ni. Anod- Pt

doi.org/10.32737/0005-2531-2023-4-120-127

Açar sözlər : CoSe, nazik örtüklər, elektrokimyəvi çökmə, ərintilər, cərəyan sıxlığı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı