ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NEFT YAĞLARININ HİDROGENLƏ TƏMİZLƏNMƏSİ PROSESİNDƏ YARANAN TULLANTI SULARININ TƏRKİBİNDƏ OLAN EKOTOKSİKANT MADDƏLƏRİN SPEKTRAL ÜSULLARLA TƏYİNİ
A.M.Hüseynli, Q.İ.Bayramov

Məqalədə neft yağlarının hidrogenlə təmizlənməsi prosesi zamanı alınmış sənaye çirkab sularından götürülmüş nümunədə həll olunmuş ekotoksikantların miqdarının təyini təhlil edilir. Hidrogenləşmə prosesi zamanı neft distillatlarının tərkibində olan hər bir birləşmənin təbiətindən asılı olaraq müxtəlif növ tullantılar əmələ gəlir. Neft emalı sənayesi tərəfindən neft distillatlarının hidrogenlə təmizlənməsi prosesi zamanı əmələ gələn hər bir qaz, maye, bərk tullantılar ətraf mühitə müxtəlif yollarla mənfi təsir göstərir. Elmi tədqiqatlarımızın əsas istiqamətlərindən biri neft distillatlarının hidrogenlə təmizlənməsi prosesində əmələ gələn tullantı sularının ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsidir. Alınmış nəticələr əsasında tullantı sularının ətraf mühitə təsiri qiymətləndirilmişdir. Çirkab su nümunəsindəki uçucu ekotoksikantların miqdarı spektral üsullarla müəyyən edilmiş və cədvəldə göstərilmişdir. Biz polisiklik aromatik karbohidrogenlər üçün qaz xromatoqrafiyası-kütləvi spektrometriya metodundan; metallar üçün optik emissiya spektrometriya üsulu; fenollar, boyalar və flüor üçün spektrometriya üsulu; bulanıqlıq üçün nefelometriya üsulu; ümumi asılı hissəciklər üçün qravimetriya üsulundan istifadə etmişik. Alınmış nəticələr əsasında hidrogen təmizləyici qurğuda texnoloji proses zamanı əmələ gələn tullantı sularının ətraf mühitə təsirini qiymətləndirmək mümkündür. Araşdırmaların nəticələrinə əsasən qeyd etmək olar ki, NEZ-in (neft emalı zavodu) 501 nömrəli qurğusundan atılan sənaye tullantı suları tullantı standartlarının buraxıla bilən axıntı normalarına uyğun olmasına baxmayaraq, ekosferə və biosferə zərər verəcək tərkibə malikdir.

doi.org/10.32737/0005-2531-2023-4-104-111

 


Açar sözlər : Neft distillatları, hidrogenlə təmizləmə, spektral metod,ekotoksikant maddələr, tullantı suları
Məqaləyə baxın