Məqalə bəzi ditiofosfat, ksantogenat, ditiokarbonat turşularının efirlərin termiki tədqiqlərinə həsr edilmişdir. Öyrənilən birləşmələri həm təmiz halda həm də dəmirin və misin iştiraki ilə termoanalitik tədqiqatlarının və metallara qarşı kimyəvi aktivliyinin nəticələri məqalədə şərh edilir. Müəyyən edilmişdir ki, tədqiq olunmuş birləşmələrə termiki stabillik həddi 1700C temperaturunda yüksəkdir və onlar dəmir və mis metallarına qarşı kimyəvi aktivdirlər. Göstərilmişdir ki, öyrənilən birləşmələr dəmir və mis metallarına qarşı kimyəvi aktivdir və eyni sıra birləşmələrinin metallara qarşılıqlı təsir temperaturu və həmin temperaturda onların kütləvi itkisi nə qədər az olarsa, onların siyrilməyə qarşı aşqar kimi təsiri o qədər yuksək olur. Müəyyən edilmişdir ki, metallarla sinxron mexanizm üzrə qarşılıqlı təsirdə olan eyni sıra birləşmələri, metallarla sinxron mexanizm üzrə (parcalanma məhsulları ilə) qarşılıqlı təsirdə olan birləşmələrə nisbətən daha yüksək siyrilmə xassələrinə malikdir
doi.org/10.32737/0005-2531-2023-4-97-103
