Tərkibində hidrazon fraqmenti olan Şiff əsaslı liqandların istifadə zərurətini nəzərə alaraq 2-hidroksi-1-naftaldehidasetilhidrazon və onun metal kompleksləri sintez edilmişdir. Hidrazon fraqmenti olan tridentat liqand asetilhidrazin və 2-hidroksi-1-naftoaldehid əsasında sintez edilmişdir. Onun xüsusiyyətləri və quruluşu IR, UV və NMR spektroskopiyası ilə müəyyən edilmişdir. Liqandın elektron udma spektri lmax 237–320nm diapazonunda udma zolaqlarına malikdir. 1H NMR (300 MHz, CD4O): d 6.90–8.21, 9.31, 10.52. Liqandın təmizlənməsi yenidən kristallaşma ilə etanoldan aparılmışdır. Liqandın ərimə temperaturu 215±30С-dir. Çıxım 80% olmuşdur. Şiff əsaslı liqandın sink və manqan ilə kompleksləri alınmışdır. Sink və manqanın (II), sarı və qəhvəyi rəngli bərk kompleksləri etanolda sintez edilmişdir. Komplekslərə uyğun olaraq çıxım sink və manqan kompleksi üçün müvafiq olaraq 75 və 73% təşkil etmişdir. Kompleksdə liqand və metalın molyar nisbəti 2:1 nisbətindədir. Komplekslərin strukturu element analizi, İQ, UB- və termogravimetrik analiz nəticələri ilə təsdiq edilmişdir.
doi.org/10.32737/0005-2531-2023-4-84-90