ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BROM TƏRKİBLİ BİTSİKLİK DOYMAMIŞ POLİEFİRLƏRİN SİNTEZİ VƏ XASSƏLƏRİ
A.M.Mustafayev, Y.N.Qəhrəmanlı, B.N.Babanlı, R.İ.İsmayılova

1,4,5,6,7,7-heksabrombitsiklo-[2,2,1]-hept-5-en-2,3-dikarboksil turşusunun anhidridinin, propantriolun və malein anhidridinin reaksiyası nəticəsində brom tərkibli bitsiklik doymamış poliefirlərin alınması üsulu işlənib hazırlanıbdır. Müəyyən edilib ki, iki mərhələli üsul ilə sintez olunmuş doymamış poliefirlər daha yüksək molekul çəkisinə (3130), sıxlığa (1,461 q/sm3), özlülüyə (105 St) və efir ədədinə (400 ml KOH/q) malikdir. Müəyyən edilib ki, modifikasiya olunmamış epoksid qatranı ilə müqayisədə, III-cü üsul ilə sintez olunmuş doymamış poliefirlərin ED-20 epoksid qatranı ilə olan kompozisiyası daha yüksək dartılmada möhkəmlik həddinə (90 MPa), nisbi uzanmaya (9%) və Vika üzrə termiki stabilliyə (2500C) malikdir. Göstərilib ki, təmiz ED-20 epoksid qatranından fərqli olaraq, onun polietilen poliaminin iştirakında bərkimiş və I-ci üsula görə sintez olunmuş doymamış poliefir ilə olan kompozisiyası (ED-20:doymamış poliefir:polietilen poliamin) oddan qoruyucu xassələrə, yüksək dartılmada möhkəmlik həddinə, daha yüksək nisbi uzanma və Vika üzrə termiki davamlılığa malikdir. Kompozisiyada doymamış poliefirin miqdarı 20% səviyyəsində olduqda ən yaxşı nəticələr əldə olunur

doi.org/10.32737/0005-2531-2023-4-63-70

   

 

 

Açar sözlər : 1,4,5,6,7,7-heksabrombitsiklo-[2,2,1]-hept-5-en-2,3-dikarboksil turşusunun anhidridi, propantriol, malein anhidridi, epoksid qatranı ED-20, stirol
Məqaləyə baxın