ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ag-ELEKTRODU ÜZƏRINDƏ KATALAZ VƏ PEROKSIDAZ TIPLI BIOMIMETIK SENSOR
N.N.Məlikova, N.İ.Əli-zadə, T.M.Nağıyev

Sulu məhlulda hidrogen peroksidin və aşağı konsentrasiyalı etil spirtinin iz miqdarını təyin etmək üçün katalaza və peroksidaz tipli biomimetik sensorun yaradılması üzərində tədqiqatlar aparılmışdır. Potensiometrik tədqiqatla katalaz və peroksidaz biomimetik sensorunun fiziki-kimyəvi xüsusiyyəti öyrənilmiş, və transdüser kimi Ag olmuşdur. Hidrogen peroksidin sürətli və dəqiq təyini çox vacibdir, lakin bu məsələnin heç də az vacib tərəfi müxtəlif mənşəli sulu mühitlərdə C2H5OH-nin iz miqdarının təyini ilə bağlıdır. Sulu məhlullarda C2H5OH konsentrasiyasını təyin etmək üçün ekspress üsulların işlənib hazırlanması ehtiyacı şərab və araq məhsullarının keyfiyyətinə dair tələblərdən irəli gəlir. Məlum olduğu kimi, məhsulun dadı və içmə keyfiyyətləri metil və etil spirtlərinin nisbətindən asılıdır. Bu işdə hidrogen peroksid və etanolun iz miqdarını təyin etmək üçün Ag elektrodu əsasında katalaz və peroksidaz tipli biomimetik sensor hazırlanmışdır. Hidrogen peroksidin iz konsentrasiyalarını təyin etmək, eləcə də aşağı aşkarlama həddi, yüksək həssaslıq, geniş tanınma diapazonu, yüksək sabitlik və təkrar istifadə ilə sulu məhlulda etil spirtinin mikromiqdarlarını təyin etmək üçün biomimetik sensorun tətbiqi göstərilmişdir. TPhPFe3+/Al2O3/Ag əsasında hazırlanmış katalaz və peroksidaz tipli biomimetik sensor yüksək həssaslığa, dayanıqlığa malikdir və uzun müddət öz aktivliyini itirmir

doi.org/10.32737/0005-2531-2023-4-40-47

Açar sözlər : biomimetik, sensor, katalaz, peroksidaz, dəmir tetrafenilporfirin, smart material
Məqaləyə baxın