ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ARGİRODİT AİLƏSİNİN BƏZİ BİRLƏŞMƏLƏRİNİN TERMODİNAMİK XASSƏLƏRİ
İ.C.Alverdiyev, S.Z.İmaməliyeva, E.İ.Əhmədov, Y.Ə.Yusibov, M.B.Babanlı

Argirodit ailəsi birləşmələri qarışıq ion-elektron keçiriciliyinə, maraqlı termoelektrik, fotoelektrik, optik və s. xassələrə malik qiymətli ekoloji təhlükəsiz funksional materiallardır. İşdə bu ailəyə aid olan Cu8GeS6 və Cu8GeSe6 birlşmələrinin Cu+ keçiriciliyə malik Cu4RbCl3I2 bərk elektrolitli qatılıq dövrələrinin elektrik hərəkət qüvvəsinin (EHQ) ölçülməsi ilə termodinamik tədqiqinin nəticələri təqdim olunur. EHQ ölşmələri əsasında müvafiq olaraq 330 və 335 K –də polimorf çevrilməyə məruz qalan bu birləşmələrin hər iki kristallik modifikasiyalarında misin parsial molyar funksiyaları hesablanmışdır. Cu–Ge–S(Se) sistemlərinin bərkfaza tarazlıqları diaqramları əsasında bu parsial molyar kəmiyyətlərə uyğun potensialəmələgətirici reaksiyalar müəyyən edilmiş, Cu8GeS6 və Cu8GeSe6 birlşmələrinin hər iki kristallik modifikasiyalarının əmələgəlmə termodinamik funksiyaları və mütləq entropiyaları, həmçinin bu birləşmələrin polimorf çevrilmə termodinamik funksiyaları hesablanmışdır. İşdə həmçinin argirodit ailəsi birləşmələrinin termodinamik xassələrinə aid ədəbiyyat məlumatları verilmiş və araşdırılmışdır

doi.org/10.32737/0005-2531-2023-4-21-30

Açar sözlər : Cu8GeS6, Cu8GeSe6, argirodit, faza keçidi, termodinamik funksiyalar. EHQ üsulu, Cu4RbCl3I2 bərk elektroliti
Məqaləyə baxın