ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİ
İ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.Nağıyev

2-Pikolinin qaz fazada ʺyaşil oksidləşdiricilərʺ – Н2О2 VƏ N2O ilə oksidləşməsinin koherent sinxronlaşdırılmış reaksiyalarının tədqiqatlarının nəticələri verilir. Bu reaksiyalarda məqsədli məhsulların alınması üçün optimal şərait aşkar edilmişdir. Reaksiyalarda determinantın qiymətinə proses parametrlərinin təsiri: 2-pikolinin hidrogen peroksidlə dealkodimerləşməsi və 2-pikolinin azot-1 oksid ilə dimerləşməsi göstərilir. 2-Pikolinin hidrogen peroksidlə dealkodimerləşməsi reaksiyasında hesablanan kimyəvi qoşulmanın determinantı optimal şəraitdə D=0.17 qiymətə malikdir ki, bu da 2-P-nin dealkodimerləşməsinin induksiya xarakterini göstərir. Bu dəyər əsasında ilkin reaksiyanın (hidrogen peroksidin parçalanması) ikinciyə (2-pikolinin deal­kodi­merləşməsi) təsirinin kəmiyyətcə qiymətləndirilməsi verilir. 2-Pikolinin azot-1 oksid ilə dimerləşməsi reaksiyasında kimyəvi qoşulmanın   determinantı optimal şəraitdə D=0.54 dəyəri təşkil  edir və bu, kimyəvi interfe­rensiya şkalasının kimyəvi qoşulma sahəsində yerləşir, bu zaman ilkin reaksiya (azot oksidinin parçalanması) öz gedişi ilə ikinci (2- P-nin dimerləşməsi) reaksiyanı sürətləndirir

doi.org/10.32737/0005-2531-2023-4-13-20

 

Açar sözlər : 2-pikolin, hidrogen peroksid, azot-1 oksid, dealkodimerləşmə, dimerləşmə, determinant, kimyəvi qoşulma
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı