ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DOWEX G-26 (H) QATRANI İLƏ SULFATLI MƏHLULLARDAN DƏMİR(III) İONLARININ ADSORBSİYASI
A.A.Heydərov, N.İ.Abbasova, Ş.E.Bəhramova, Z.A.Cabbarova, R.Y.Bədəlova, G.İ.Alışanlı

 

Sulfatlı məhlullardan güclü turşulu kation dəyişdirici DOWEX G-26 (H) qatranı vasitəsliylə dəmirin (III) adsorbsiyası tədqiq edilmişdir. Dəmirin (III) ionlarının udulmasına təsir edən amillər öyrənilmişdir: məhlulun pH-ı, təmas müddəti, adsorbentin dozası, məhlulda dəmirin (III) ilkin qatılığı. Alınan nəticələr göstərir ki, DOWEX G-26 (H) qatranı sulfatlı məhlullarda dəmir (III) ionları üçün yüksək həcm tutumuna malikdir. Dəmir (III) ionunun  tam adsorbsiyası (99%) pH>2-də qiymətində baş verir. Təcrübi  nəticələrə əsasən adsorbsiyanın Lənqmür və Freyndlix izotermi qurulmuşdur. Hər iki izoterm modelləri dəmirin (III) ionunun DOWEX G-26 qətranı tərəfindən adsorbsiyasını tam təsvir edir. Lənqmür və Freyndlix izoterminlərinin korrelyasiya sabitlərinin müqaisəsi göstərdi ki, Freyndlix izotermasının korrelyasiya sabiti (R2=0.9915) Lənqmür sabiti (R2=0.9098) ilə müqayisədə daha yaxşı adsorbsiya prosesini təsvir edir. DOWEX G-26 (H) qətranının sorbsiyadan əvvəlki və sonrakı halı həmçinin, skanedici elektron mikroskopiyası (SEM) və enerjidispersiv spektroskopiyası (EDS) ilə də xarakterizə edilmişdir. Dəmir (III) ionu üçün maksimal adsorbsiya tutumu (qm) 25°C-də 166 mq/q olmuşdur. Göstərilir ki, Dowex G 26 (H) qatranı Fe (III) ionunu turşu məhlullarından təmizlənməsi üçün adsorbent kimi tövsiyə oluna bilər

doi.org/10.32737/0005-2531-2024-52-59

Açar sözlər : adsorbsiya, DOWEX G-26 (H), dəmir (III), Lənqmür izotermi, Freundlix izotermi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı