PbTe–TlBiTe2 SISTEMINDƏ BƏRK MƏHLULLARIN TERMODINAMIK XASSƏLƏRI
Tallium elektroduna nəzərən qatılıq dövrələrinin e.h.q-nin 300–430K temperatur intervalında ölçülməsilə PbTe–TlBiTe2 sistemi tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, sistemdə PbTe əsasında 75 mol%-ə qədər bərk məhlul sahəsi mövcuddur. e.h.q. ölçmələrinin nəticələri əsasında talliumun bərk məhlullarda parsial molyar funksiyaları () hesablanmışdır. Tl2Te–PbTe–Bi2Te3–Te sisteminin faza diaqramı əsasında potensialəmələgətirici reaksiyalar müəyyən edilmiş və müxtəlif tərkibli bərk məhlulların standart əmələgəlmə termodinamik funksiyaları və standart entropiyaları hesablanmışdır
Açar sözlər : telluridlər, PbTe, TlBiTe2, PbTe–TlBiTe2 sistemi, bərk məhlullar, e.h.q. üsulu, termodinamik funksiyalar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞI- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİDavamı