FENOL VƏ ONUN TÖRƏMƏLƏRİ İLƏ PROPİLEN OKSİDİNİN OLİQOMERLƏŞMƏ MƏHSULLARININ YAĞLARDA MİKROORQANİZMLƏRƏ QARŞI AŞQAR KİMİ TƏDQİQİ
Məqalədə fenol və onun bəzi törəmələrinin azotlu birləşmə – benzoquanamin iştirakında propilen oksidi ilə oliqomerləşmə reaksiyası tədqiq olunmuşdur. Müxtəlif komponent tərkibli oliqomerlərin alınması prosesində propilen oksidinin konversiyası və son məhsulun çıxımı ilə yanaşı bəzi fiziki-kimyəvi göstəriciləri də öz əksini tapmışdır. Oliqomerlərin ehtimal olunan quruluşu ifadə olunmuşdur. Sintez məhsullarının İ-40 markalı sənaye yağında aşqar kimi iştirakında bakteriya və kif göbələkləri qarışığının məhvolma zonası təyin edilmiş, etalon nümunə 8-oksixinolinin göstərdiyi nəticə ilə müqayisə edilmişdir. Azotlu oliqomerlərin bakterisid və fungisid kimi effektli olması aşkar edilmişdir
Açar sözlər : fenol, monoalkil(C8–C12)fenollar, propilenoksid, oliqomerləşmə, yağlar, mikroorqanizmlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)