ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
(Ga2S3)0.315(Nd2S3)0.685 (e2)–(Ga2S3)0.33(EuS)0.67 (e5) SİSTEMİNDƏ QARŞILIQLI KİMYƏVİ TƏSİRİN TƏDQİQİ
İ.B.Bəxtiyarlı, R.C.Qurbanova, R.İ.Kərimov, E.N.İsmayılova, Ü.A.Həsənova, Ф.М.Мəmmədova

 

Nd2S3-Ga2S3-EuS üçlü sisteminin fiziki-kimyəvi tədqiqi nəticələri verilmişdir. Bu tədqiqat (Ga2S3)0,315(Nd2S3)0,685 (e2)- (Ga2S3)0,33(EuS)0,67 (e5) kəsiyi istiqamətində aparılmşdır. Hazırlanmış nümunələr fiziki-kimyəvi analizin kompleks metodları (differensial termiki analis (DTA), rentgenfaza analizi (RFA), mikroquruluş analis (MQA), mikrobərkliyin ölçülməsi və sıxlığın təyini) ilə tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq kəsiyin faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, (Ga2S3)0.315(Nd2S3)0.685 (e2) -(Ga2S3)0,33(EuS)0,67 (e5) kəsiyi Nd2S3-Ga2S3-EuS üçlü sistemin qeyri-kvazibinar kəsiyidir. Kəsiyin likvidusunun iki ilkin kristallaşma əyrisi təşkil edir. Soliduslar isə  üç nonvariant üçlü evtektik tarazlıq müəyyən edilmişdir. Bu kəsik üçlü sistemin likvidus səthinin proyeksiyasında dörd tabelikdə olan üçbucağın sahəsindən keçdiyindən qurulan faza diaqramı dörd hissədən ibarətdir.

 

Açar sözlər : sistem, faza tarazlığı, sintez, fiziki-kimyəvi analiz
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı