METIL SPIRTININ QAZ FAZADA QARIŞQA TURŞUSUNA KATALİTİK OKSİDLƏŞMƏSİ PROSESİNİN RİYAZİ MODELİNİN QURULMASI
Təqdim olunan iş metil spirtinin qaz fazada seolit əsaslı Pd-mordenit katalizatoru üzərində oksidləşərək qarışqa turşusuna çevrilmə reaksiyasının riyazi modelinin işlənib hazırlanmasına və modelin parametrik əmsallarının identifikasiyası məsələlərinə həsr olunub. Proses üçün maddi balans tənliyi işlənib hazırlanmışdır. Tədqiq olunan proses üçün istilik balansı tənliyinin qurulmuş, çevrilmə rеаksiyalarının istilik effektləri və reaksiya məhsullarının istilik tutumlarının hesablanması üçün alqoritm tərtib olunmuş, hesablamalar yerinə yetirilmişdir. Prosesin axın tənliyi verilmiş, xarakteristik Reynolds ədədi hesablanmışdır.
Açar sözlər : seolit əsaslı katalizator, riyazi model, maddi balans tənliyi, istilik balansı tənliyi, axın tənliyi, istilik effekti, istilik tutumu, Reynolds ədədi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞI- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİDavamı