AsSe–AsMn2 SİSTEMİNDƏ FAZA TARAZLIĞI VƏ ŞÜŞƏƏMƏLƏGƏLMƏ
Fiziki-kimyəvi analiz metodları (DTA, MCA, RFA, eləcə də mikrobərkliyin və sıxlığın təyini) vasitəsi ilə, AsSe–AsMn2 sistemində faza tarazlığı və şüşəəmələgəlmə tədqiq edilmiş və onun hal diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, AsSe–AsMn2 sistemi kvazibinar kəsiyi olub, evtektik tiplidir. Sistemdə otaq temperaturunda AsSe birləşməsi əsasında 1.5 mol % AsMn2 həll olur, AsMn2 birləşməsi əsasında isə bərk məhlul sahəsi 2 mol % AsSe təşkil edir. Sistemdə AsSe birləşməsi əsasında adi soyudulma şəraitində 13 mol % şüşə sahəsi alınmışdır. Maye azotda soyudulma zamanı AsSe əsasında 30 mol % şüşə sahəsi əmələ gəlir.
Açar sözlər : şüşəəmələgəlmə, evtektika, likvidus, solidus, kvazibinar kəsik
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024MÜNDƏRİCAT
- PROPANIN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASINDA V-SB-O/AL2O3 OKSİD ƏSASLI SİSTEMLƏRİN SƏTH MORFOLOGİYASI, FAZA TƏRKİBİ VƏ KATALİTİK XASSƏLƏRİ- İON MAYELƏRİ DİZEL YANACAĞININ EKOLOJİ XASSƏLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN BİRLƏŞMƏLƏRİN EKSTRAGENTİ KİMİDavamı