ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
8-HİDROKSİMETİLTETRATSİKLODODEKAN-3-OLUN DİEFİRLƏRİNİN SİNTEZİ
M.K.Məmmədov, E.Q.Mahmudova, C.H.İsmayılova

 

Təqdim olunan iş iki mərhələdə aparılmışdır. Ilkin  mərhələdə katalizator nano-TiO2 (20–22 nm)  iştirakı ilə tritsiklo[5.2.1.02.6]deka-3,8-dienlə allilasetatın qarşılıqlı təsiri reaksiyası öyrənilmiş və nəticədə 77.4% cıxımla 8-asetoksimetiltetratsiklo[4.42.5.17.10.01.6]dodets-3-en sintez edilmişdir. Sonrakı mərhələdə sintez edilmiş doymamış tritsiklik monoefirə katalizator  BF3∙ОEt2 iştirakı ilə C2-C5 bir əsaslı doymuş turşuları birləşdirərək 75.5–90.6%  cıxımla 8-hidroksimetiltetratsiklododekan-3-olun diefirləri sintez olunmuşdur. Müəyyən olunmuşdur ki, sintez olunmuş diefirlərdən 8-asetoksimetiltetratsiklo[4.42.5.17.10.01.6]dodets-3-ilasetat xoş sitrus ətirlidir və o, müxtəlif parfümeriya kompozisiyalarının hazırlanmasında ətirləndirici kimi istifadə oluna bilər.

 

Açar sözlər : nano-TiO2, ditciklopen, ditciklopentadien, kondensləşmə, tetratsiklododesen, diefir, hidroksimetiltetratsiklododesen, allilasetat, hidroksimetiltetratsiklododekanol, asetoksimetilbi­tsik­lo­hepten
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2025
MÜNDƏRİCAT
- ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTݬTU-TUNUN 90 YAŞI TAMAM OLURDilqəm Tağıyev
- KOBALT HOPDURULMUŞ DƏMİR TƏRKİBLİ ÇOXDİVARLI KARBON NANOBORULARIN İŞTİRAKINDA DİZELDƏN AYRILMIŞ PARAFİN-NAFTEN FRAKSİASININ AEROB OKSİDLƏŞMƏSİE.B.Zeynalov, Y.M.Nağıyev, A.B.Hüseynov, A M.H.bbasov, M.İ.Nadiri, N.Ə.Mustafayeva, N.N.Məlikova, D.B.TağıyevDavamı