ETİLENQLİKOLUN (MET)AKRİL MONOEFİRLƏRİNİN SİNTEZİ
Akril turşularının etilenqlikol ilə heterogen katalizatorlardan: H-formalı KU-2.8 və naftalin-1,5-disulfoturşu katalizatorlarının iştirakı ilə efirləşmə reaksiyası öyrənilmişdir. Etilenqlikolun (met)akril monoefirlərinin sintezinin optimal şəraiti tapılmiş və müəyyən olunmuşdur ki, 2-hidroksietil-(met)akrilatların çıxımı 83.6 və 87.5%, 84.5 və 92.0% təşkil edir, naftalin-1,5-disulfoturşu isə H-formalı KU-2.8 katalizatoruna nisbətən daha effektivdir, belə ki, 2-hidroksietilakrilat monomerləri bu katalizatorun iştirakı ilə daha yüksək çıxımla alınır. Müəyyən olunmuşdur ki, sintez olunan akrilatlar reaksiyayaqabil monomerlərdir və onlar optiki linzaların, yapışqanların, diş protezlərinin hazırlanmasında istifadə oluna bilər.
Açar sözlər : etilenqlikolun monoefirləri, akril turşusu, metakril turşusu, KU-2.8, naftalin-1,5-disulfoturşu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİ- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİDavamı








.png)