ETİLEN İSTEHSALININ YAN MƏHSULLARININ EMALI
Etilen istehsalında EP-300 qurğusunda alınan yüngül və ağır qatranın emal prosesi tədqiq edilmişdir. Rektifikasiya və dondurma metodları ilə ayrılan benzolun təmizliyi 98.5%-ə qədər alınmışdır. Emal prosesində laboratoriyada işlənib hazırlanmış alüminium xlorid və toluol əsasında sintez olunmuş, benzol və toluolun pirokondensatın tərkibində artmasını təmin edən kompleks katalizator istifadə edilmişdir. Ağır qatrandan yüksək təmizliyi olan (98.9%) naftalinin ayrılması prosesi işlənib hazırlanmışdır. Ağır qatranın emalında kub qalığında əmələ gələn bitum fiziki xüsusiyyətlərinə görə bitum boyalar və lakların istehsalında tətbiq oluna bilər.
Açar sözlər : etilen, yüngül qatran, ağır qatran, benzol, toluol, neft polimer qatran, katalizator, naftalin, bitum
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- KARBOHİDROGEN SUBSTRATLARINA KÖKLƏNMİŞ AKTİV MƏRKƏZLƏRİ OLAN KOBALT POLİMER KATALİZATORLARININ İŞTIRAKI İLƏ ETİLBENZOLUN MAYE FAZADA OKSİDLƏŞMƏSİ REAKSİYASININ KİNETİKA VƏ MEXANİZMİNİN TƏDQİQİ- TSİKLOHEKSANOLUN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ İNHİBİTOR-BAKTERİSİD XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİDavamı