Heksen-1–inden birgə oliqomerlərinin alüminium xlorid akvakompleksi iştiakı ilə sintezi həyata keçirilmiş və onlardan neft yağlarının tərkibində yüksək özlülük indeksinə malik baza yağları alınması istiqamətində tədqiqatlar aparılmışdır. Yüksək çıxım və lazımi molekul kütləsi alınmasını təmin edən reaksiya şəraiti tapılmışdır. Sintez edilmiş birgə oliqomer nümunələrinin И-12А və M-6 neft yağlarının tərkibində 30–40% qatılıqda sintetik komponent kimi tədqiqi nəticəsində özlülük indeksinin qiyməti 107–140 intervalında olan baza yağları alınmışdır ki, onlar da bu göstəriciyə görə müasir tələblərə cavab verir. Birgə oliqomerin molekul kütləsi və tərkibi hazırlanacaq yağa qarşı irəli sürülən tələbatdan acılı olaraq müəyyən edilir, yəni lazımi xassələrə malik polimer birləşmələr alınması istiqamətində məqsədyönlü sintez aparılır.
