Seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin (Se-SVD NH) sintezi və xarakterizə olunması təqdim edilir. Seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin ölçüsü, tərkibi və morfologiyası Skanedici Elektron Mikroskopu (SEM), Atom Qüvvət Mikroskopu (AQM), Enerji Dispersləşdirici Spekstroskopi (EDS) ilə xarakterizə edilmişdir. Sintez edilmiş nanoquruluşlar nitratın reduksiyaedici agenti kimi istifadə edilmişdir. Nitratın təmizlənmə effektivliyi seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəcikləri üçün 60–240 dəq vaxt intervalında 34% dən 90%-ə qalxmışdır. Həmçinin hazırlanmış seolit sıfır valentli dəmir nanohissəciklərinin nitratın təmizlənməsində membran kimi effektivliyi öyrənilmişdir. Nəticələr göstərdi ki, seolitlə dəstəklənmiş sıfır valentli dəmir nanohissəciklərinin membran komponenti kimi istifadəsi üstünlüyə malikdir, cünki o təmizlənən məhlulun əlavə reaskiyaya daxil olmamış sıfır valentli dəmir nanohissəcikləri ilə çirklənməsinin qarşısını alır
