Biokimyəvi proseslərin əsas xüsusiyyətlərinin modelləşdirilməsi ilə bağlı fermentativ və kimyəvi kataliz arasında aralıq mövqe tutan bir sahənin imitasion kataliz adlandırılması irəli sürülmüşdür. İmitasion katalizin həlledici aspektiv ferment və bioimitatorların fərqli funksiyalarını göstərməkdir ki, bu da, prinsipcə imitasion modeli ənənəvi anlayışdan tam mənada fərqləndirir. Fermentativ və kimyəvi katalizin oxşar və fərqli cəhətlərinin analizi əsasında imitasion katalizin ümumi aspektləri izah edilmişdir. Biomimetik katalizatorun ideallaşdırılmış modeli və onun quruluşunun təşkilində membrananın əhəmiyyətli rolu araşdırılmışdır. Kataliz sahəsində əldə edilən mühüm nailiyyətlər, xüsusilə, kataliz və monooksiqenaz reaksiyaların bioimitatorlarının sintezi və tədqiqinə yeni yanaşmalar göstərilmişdir. Bu təsəvvürlər və həmçinin, sitoxrom P-450 fermenti və onun mimiklərinin katalitik mərkəzlərinə aid göstəricilər əsasında biomimikin katalitik domeni təsvir edilmişdir. Metanın metanda, propanın izopropil spirtinə, etilenin asetaldehid və etanda, propilenin propilen oksidə oksidləşməsi interferens reaksiyaların dinamikasının eksperimental nümayişidir. Determinant tənliyi vasitəsilə reaksiya mühitinin potensial imkanları qiymətləndirilmişdir və kimyəvi interferensiyanın növü müəyyən edilmişdir