Yüksək dispers metalseolit sistemlərinin sintezi və onların aşağı molekullu olefin karbohidrogenlərinin (etilenin asetaldehidə, propilenin asetona, butilenlərin metiletilketona) oksidləşməsi; C1–C5 alifatik spirtlərinin uyğun aldehidlərə, ketonlara, karbon turşularına və karbon turşularının mürəkkəb efirlərinə; metanın asetilenə oksidləşməsi və tsikloheksanın tsikloheksadienə oksidləşdirici dehidrogenləşmə reaksiyalarında katalitik aktivliklərinin tədqiqinin nəticələri verilmişdir. Müəyyən olunmuşdur ki, bu katalizatorların təsirinin selektivliyi onların tərkibində metal komponentlərinin optimal uyğunluğu, seolitin turşuluğu və strukturu ilə təyin olunur. Tədqiq olunan reaksiyalar üçün yüksək effektiv katalizatorlar seçilmişdir. Sintez olunmuş katalizatorlar üzərində aşağı molekullu olefin karbohidrogenlərinin və alifatik spirtlərin oksidləşməsi reaksiyalarının kinetik qanunauyğunluqlarının tədqiqinin təcrubi nəticələri əsasında bu reaksiyalarin ehtimal olunan mərhələli getmə mexanizmləri verilmiş və kinetik modelləri işlənib hazırlanmışdır