ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
(Ga2S3)0.70(La2S3)0.25(Nd2S3)0.05 TƏRKIBLI ŞÜŞƏNIN LAZER XASSƏLƏRI
Abdullayeva A.S.

Fiziki-kimyəvi analizin kompleks metodları ilə La2S3–Ga2S3–Nd2S3 kvaziüçlü sistemində aşkar edilən şüşə əmələgəlmə sahəsindən (Ga2S3)0.70(La2S3)0.25(Nd2S3)0.05  tərkibli bənövşəyi rəngli şüşənin 300 K-də görünən  və yaxın İQ sahədə absorbsiya spektri çəkilmişdir. Spektr 0.5 ÷ 8 mkm dalğa uzunluğunu əhatə edir. Orada 2H9̸̸2, 4F5̸2 səviyyələrinin uyğun şüalanma zolaqları 0.815 və 0.890 mkm dalğa uzunluğuna düşür. Maksimumu 1.08 mkm dalğa uzunluğuna uyğun gələn lazer şüalanması isə 4F3̸24I11̸2  keçidi ilə əlaqədardır. Sulfidli şüşələrdə dn/dT temperatur indeksinin dəyişməsi və yüksək termiki genişlənmə optiki xassəni artırır. Bu hadisə He/Ne infraqırmızı lazer dəstəsinin Ti:sapfir dəstəsinə qoşulması zamanı birbaşa müşahidə olunur. Ti:sapfır lazerini neodimin absorbsiya tezliyinə uyğunlaşdırıldıqda təqdim olunan şüşə özünü He/Ne lazer dəstəsi üçün güclü linza kimi aparır. Nd3+ ionunun müvafiq kristallik matrisalarla müqayisədə (Ga2S3)0.70(La2S3)0.25(Nd2S3)0.05 tərkibli şüşədə lazer xassəsi zəifdir. Bu da, şüşələrdə şüa itkisinin nisbətən çox olması ilə əlaqədardir. Lakin ola bilər ki, aktivatorun optimal qatılığı və nümunənin uzunluğu hesabına lazerin keyfiyyətinin yüksəldilməsi mümkün olsun

doi.org/10.32737/0005-2531-2019-4-35-38

Açar sözlər : şüşə əmələgəlmə sahəsi, lazer xassəsilər, yarımkeçirici, şəffaf şüşə, lantanoidlər
Məqaləyə baxın