ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SUSUZ MƏHLULLARDAN TİOSULFAT İONLARININ ELEKTROKİMYƏVİ REDUKSİYASI
V.A.Məcidzadə

Kükürdlü yarımkeçirici materiallar yüksək fotoelektrokimyəvi və fotokatalitik aktivliklərinə görə diqqəti cəlb edirlər. Keçid metallarının sulfidləri, optoelektronikada və kvant texnikasında tətbiq olunan 1–2 eV qadağan olunmuş zölağa malik yarımkeçirici materiallardır. Təqdim edilən iş etilenqlikol elektrolitindən tiosulfat ionlarının elektrokimyəvi üsulla reduksiyasına həsr edilmişdir. Tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsi ilə Pt nə Ni elektrodları üzərində tiosulfat ionlarının elektrokimyəvi reduksiya prosesinin kinetika və mexanizmi öyrənilmiş, müxtəlif amillərin reduksiya prosesinə təsiri tədqiq edilmişdir. Polyarizasiya əyriləri göstərir ki, elektroreduksiya prosesi bir mərhələli olub, (0.5–(–1.0)) V potensial intervalında baş verir. Alınan nəticələrə əsasən prosesin effektiv aktivləşmə enerjisi hesablanmışdır. Hesablamalar göstərir ki, etilenqlikol elektrolitindən tiosulfat ionlarının elektroreduksiya prosesi qatılıq polyarizasiya ilə müşayiət olunur.

doi.org/10.32737/0005-2531-2020-2-61-66

 

Açar sözlər : polyarizasiya, tiosulfat ionu, elektrokimyəvi reduksiya, yarımkeçirici, etilenqlikol
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı