Tərkibində maleinləşdirilmiş polietilen matrisində stabilləşdirilmiş sink oksid nanohissəcikləri saxlayan nanodoldurucuların yüksək təzyiq polietilen əsasında mexaniki-kimyəvi üsulla alınmış nanokompozitlərin xassələrinə təsiri rentgenfaza və termoqravimetrik analiz metodları ilə tədqiq olunmuşdur. Alınan nanokompozitlərin möhkəmlik, defarmasion və reoloji göstəricilərinin həmçinin termooksidləşmə stabilliyinin yaxşılaşması aşkar edilmişdir. Bu da sinktərkibli nanohissəciklərin maleinləşdirilmiş polietilennin malein qrupları ilə qarşılıqlı təsirinin sinergetik effekti ilə izah oluna bilər. Göstərilmişdir ki. polietilen əsaslı nanokompozitlər həm pressləmə həm də yüksək təzyiq altında tökmə və ekstruziya üsulları ilə emal oluna bilər ki, bu da onların tətbiqi imkanlarını genişləndirir.
doi.org/10.32737/0005-2531-2020-2-34-38
