Vəlvələçay–Taxtakörpü kanalının, Taxtakörpü su anbarının və Taxtakörpü–Ceyranbatan kanalının, Qusarçayın, Qudiyalçayın, Cağacuqçayın və Vəlvələçayın suyunun keyfiyyətinin və hidrokimyəvi rejiminin formalaşmasındakı qanunauyğunluqları aydınlaşdırmaq üçün onun fiziki, kimyəvi və bəzi bioloji xüsusiyyətlərinin öyrənilməsi əsas şərtdir. Zaman və məkandan asılı olaraq, bu obyektlərdə suyun hidrokimyəvi rejiminə təsir edən amillərin (təbii və antropogen) öyrənilməsi onun keyfiyyətini qiymətləndirməyə imkan verir. Burada əsasən baş komponentlər: pH, bulanıqlıq, ümumi codluq, ümumi minerallıq, O.A.Alekinə görə sinif və qrupu, anion və kationların münasibəti, biogen elementlər, dəmir, mis, alüminium, Oksigenə Kimyəvi Tələbat (OKT(bixr)), Oksigenə Bioloji Tələbat (OBT5) təyin edilmişdir. Analizlər aparılmış, müqayisələr edilmiş və nəticələr çıxarılmışdır. Bu tədqiq olunan obyektlərdə suyun hidrokimyəvi rejiminə təsir edən antropogen və təbii təsirlər aydınlaşdırılmışdır
