Fazaların tarazlıq problemi geniş təhlil olunmuş, komponentin fazalar arası paylanması, paylanma əmsalının qiyməti iki variantda təyin edilmiş, selektivlik əmsalı, mövcud fazaların tərkibləri arasındakı əlaqəni göstərən tənliklər, fazalarda aktivliklərin bərabərləşdirilməsi əsasında Marqules sabiti hesablanmışdır. Komponentlərin miqdarına əsasən AAS və ASA (birinci indeks paylanan komponentə, ikinci indeks isə fazanı təşkil edən komponentə aiddir) əmsallarının ədədi qiymətləri hesablanmışdır. Marqules tənliyinə əsasən üçlü sistem üçün A və B komponentlərinin hər iki fazada aktivlik əmsalları, binodal əyriyə uyğun hər üç komponentin mol payları, B komponentinin aktivlik əmsalları, eləcə də bu əmsallara əsasən aktivliyin qiymətləri təyin edilmişdir
doi.org/10.32737/0005-2531-2020-4-17-21
