Fiziki-kimyəvi analiz (DTA, MCA, RFA, eləcə də mikrobərkliyin və xüsusi çəkinin təyini) metodları vasitəsilə CuTe–As2Te3 sistemində qarşılıqlı təsir tədqiq edilmiş və faza diaqramı qurulmuşdur. Sistem 3200C temperaturda konqruyent əriyən Cu3As4Te9 tərkibli birləşməsinin əmələ gəlməsi ilə xarakterizə olunur. As2Te3 əsasında otaq temperaturunda 8 mol % CuTe bərk məhlul sahəsi əmələ gəldiyi halda, CuTe birləşməsi əsasında bərk məhlul sahəsi praktik olaraq təyin edilməmişdir. Cu3As4Te9 və As2Te3 öz aralarında evtektika əmələ gətirir, tərkibi 45 mol % CuTe, temperaturu 2650C-dir. Rentgenfaza analizinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Cu3As4Te9 birləşməsi tetraqonal sinqoniyada kristallaşır, qəfəs parametrləri: a = 13.86, c = 18.05 Å. Z = 9, ρpik = 6.96 g/cm3, ρrent = 7.06 g/cm3-dir
doi.org/10.32737/0005-2531-2021-1-67-71