ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
CuTe–As2Te3 SİSTEMİNDƏ KİMYƏVİ QARŞILIQLI TƏSİRİN TƏDQİQİ
İ.İ.Əliyev, S.Ş.İsmayılova, M.H.Şahbazov

Fiziki-kimyəvi analiz (DTA, MCA, RFA, eləcə də mikrobərkliyin və xüsusi çəkinin təyini) metodları vasitəsilə CuTe–As2Te3 sistemində  qarşılıqlı təsir tədqiq edilmiş və faza diaqramı qurulmuşdur. Sistem 3200C temperaturda konqruyent əriyən Cu3As4Te9 tərkibli birləşməsinin  əmələ gəlməsi ilə xarakterizə olunur. As2Te3 əsasında otaq temperaturunda 8 mol % CuTe bərk məhlul sahəsi əmələ gəldiyi halda, CuTe birləşməsi əsasında bərk məhlul sahəsi praktik olaraq təyin edilməmişdir. Cu3As4Te9 və As2Te3 öz aralarında evtektika əmələ gətirir, tərkibi 45 mol % CuTe, temperaturu 2650C-dir. Rentgenfaza analizinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Cu3As4Te9 birləşməsi tetraqonal sinqoniyada kristallaşır, qəfəs parametrləri: a = 13.86, c = 18.05 Å. Z = 9, ρpik = 6.96 g/cm3, ρrent = 7.06 g/cm3-dir

doi.org/10.32737/0005-2531-2021-1-67-71

Açar sözlər : evtektika, inkonqruyent, mikrobərklik, sıxlıq, sinqoniya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı