ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Tl9TbTe6–Tl4PbTe3–Tl9BiTe6 SİSTEMİNİN FAZA DİAQRAMININ MODELLƏŞDİRİLMƏSİ
S.Z.İmaməliyeva, Q.İ.Ələkbərzadə, A.N.Məmmədov, M.B.Babanlı

Çoxfunksiyalı genetik alqoritmdən istifadə etməklə Tl9TbTe6–Tl8Pb2Te6–Tl9BiTe6 sisteminin  faza diaqramının tarazlıqda olan fazaların tərkiblərinin temperatur asılılıqları şəklində analitik 3D-modelləri alınmışdır. Göstərilmişdir ki, sistem Tl5Te3 tipli tetraqonal quruluşlu fasiləsiz bərk  məhlulların (δ-faza) əmələ gəlməsi ilə xarakterizə olunur. δ-bərk məhlulların likvidus və solidus əyriləri üçün qeyri-müəyyənlik zolağının sərhədləri müəyyən edilmişdir. Qeyri-molekulyar birləşmələrin requlyar məhlul modeli əsasında bərk məhlulların qarışma termodinamik funksiyalarının tərkib və temperaturdan asılılıqları təyin edilmişdir. Göstərilmişdir ki, δ-faza  bütün qatılıq intervalında termodinamik davamlıdır

doi.org/10.32737/0005-2531-2021-2-6-12

Açar sözlər : faza diaqramı, tallium-terbium telluridləri, tallium-qurğuşun telluridləri, tallium-bismut telluridləri,bərk məhlullar, çoxfunksiyalı genetik alqoritm, 3D-modelləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı