ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SİLİSİUM ÜZVİ EPİSULFİDLƏRİN SİNTEZİ VƏ XASSƏLƏRİ
O.V.Əsgərov, A.F.Məmmədova, D.R.Nurullayeva

 

Tədqiqat nəticəsində tiokarbamidlə doymuş və doymamış silisium oksiranların mütləq metil spirti mühitində kalium hidroksidin iştirakı ilə qarşılıqlı təsiri nəticəsində 65–75% çıxımla doymuş və doymamış silisium üzvi episulfidlərin sintez üsulları işlənib hazırlanmışdır. Aparılan tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, sintez olunmuş silisium üzvi episulfidlər yüksək reaksiyaya girmə qabiliyyətinə malik olub nukleofil və elektrofil reagentlərlə reaksiyaya girərək müvafiq silisiumlu törəmələrini əmələ gətirirlər. Alınan maddələrin İQ- spektrləri öyrənilmişdir. Bu zaman müəyyən edilmişdir ki, episulfid zəncirinin CH2 qrupunun valent sürüşməsi, oksiran zəncirinin  CH2 qrupunun valent sürüş­məsindən 50–70 sm-1 aşağıdır

doi.org/10.32737/0005-2531-2021-4-43-48

Açar sözlər : silisium üzvi episulfid, tiokarbamid, kalium hidroksid, metil spirti, silisium üzvi oksiranlar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı