ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MANQAN TƏRKİBLİ POLİMER KATALİZATORUN TƏRKİBİNİN N-HEPTANIN MOLEKULYAR OKSİGENLƏ OKSİDLƏŞMƏ REAKSİYASININ KİNETİKASINA TƏSİRİ
A.F.İsazadə, Ü.A.Məmmədova, M.M.Əsədov, N.A.Zeynalov, D.B.Tağıyev, S.A.Məmmədov

Poli-4-vinilpiridin üzərinə immobilizə olunmuş manqan nanohissəcikləri (5 və 10 ağırlıq %) əsasında katalizatorlar hazırlanmışdır. Molekulyar oksigenlə qarşılıqlı əlaqədə olan katalizator n-heptanın aşağı temperaturda oksidləşməsində iştirak edən aktiv oksigen əmələ gətirir. Bu katalitik kompozisiyalar n-heptanı təmiz oksigenlə oksidləşdirməklə spirtlərin, aldehidlərin və ketonların alınması üçün istifadə edilmişdir. N-heptanın oksidləşməsi 303-383 K temperatur intervalında, heptan:oksigen = 1:3,38 molyar nisbətində və atmosfer təzyiqində aparılmışdır. Müəyyən edilmişdir ki, tərkibində 5 wt. % Mn2+ saxlayan tikilməmiş (poli-4-vinilpiridin polimer MnP4VP) və N,N’-metilen-bis-akrilamidlə tikilmiş - metal polimer katalizatoru MnP4VP/MBAA, n-heptanın oksidləşməsində ən yüksək aktivlik nümayiş etdirir. Aşağı temperaturda n-heptanın oksigenlə oksidləşmə reaksiyasının kinetik parametrləri heptanın konversiya məlumatlarına əsaslanan kinetik modeldən istifadə etməklə tədqiq edilmişdir. Seçilmiş kinetik model çərçivəsində (heptan:oksigen = 1:3.38) atmosfer təzyiqində Mn (kütlə 5%) P4VP/MBAA katalizatorunu istifadə etməklə 303–383 K temperatur diapazonunda oksidləşmə reaksiyasının effektiv sürət sabitləri spirtlərin əmələ gəlməsi ilə hesablanmışdır

doi.org/10.32737/0005-2531-2022-1-41-50

Açar sözlər : polimer katalizatorları, manqanın immobilizasiyası, n-heptanın oksigenlə aşağı temperaturda oksid­ləş­məsi, n-heptanın konversiyası, reaksiya sürətinin sabitləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı