Neft emulsiyalarının ayrılması prosesləri xam neftin sudan, mineral duzlardan və müxtəlif əlaqəli çirkləndiricilərdən, asfalt-qatran maddələrdən və neftin tərkibində olan parafinlərdən təmizlənməsi üçün mühüm mərhələdir. Neft emulsiyalarının əmələ gəlməsində və stabilləşməsində neftdə kolloid hissəciklər şəklində, həll olmayan çox dispers bərk maddələrin də yüksək dərəcədə təsiri vardır. Belə maddələrə bərk parafinlərin mikrokristallarını, asfaltenləri, dəmir-sulfid və başqa mexaniki qarışıqları misal göstərmək olar. Göstərilən maddələr neft fazasında paylanmış kiçik su damlaları üzərində möhkəm mexaniki pərdə əmələ gətirir ki, bu da suyun ayrılmasına imkan vermir. Bu işdə neft emulsiyalarının ayrılmasına neftin tərkibində olan müxtəlif birləşmələrin təsiri geniş şəkildə araşdırılmış, uyğun model təklif edilmiş, neft emulsiyalarının perspektivli ayrılma üsulları haqqında məlumat verilmişdir
doi.org/10.32737/0005-2531-2022-2-18-27