ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MANİOK NİŞASTASINDAN SOYA ZÜLALININ VƏ KÖPÜKƏMƏLƏGƏTİRİCİ AGENT KİMİ CACO3-IN ƏLAVƏ EDİLMƏSİ İLƏ ALINAN BİOLOJİ PARÇALANA BİLƏN KÖPÜKLƏRİN XARAKTERİSTİKASI
N.Hendravati, A.A.Wibowo, S.Rulianah, K.Sa’diyah

Kompost edilə bilən qida qablaşdırması hazırda sənayedə ən böyük tendensiyadır, çünki bu, ekoloji cəhətdən düzgün bir alternativdir. Bu tədqiqatın məqsədi soya zülalının və kalsium karbonatın (CaCO3) əlavə edilməsinin manok nişastasından hazırlanmış bioloji parçalana bilən köpüyün mexaniki xassələrinə, bioloji parçalanma qabiliyyətinə, su udma qabiliyyətinə və morfoloji quruluşuna təsirini müəyyən etməkdir. Köpükəmələgətirici agenti kimi kalsium karbonatın (CaCO3) və müxtəlif dəyişənlərə malik təmiz protein izolatının əlavə edilməsi bioloji parçalana bilən köpük keyfiyyətinə təsir göstərir. Kalsium karbonat (CaCO3) əlavəsinin miqdarı 0-dan 2.8; 5.6; 8.3; 11.1% w/w, təmiz soya zülal izolatı isə 0, 15, 20, 25, 30% w/w arasında dəyişdi. Bioloji parçalana bilən köpüyün ən yaxşı nəticəsi 24.09% udma qabiliyyəti, 28.67% parçalanma qabiliyyəti və 9.2 MPa dartılma gücü yaradan 30.0% zülal və 11.1% CaCO3 əlavəsində əldə edilmişdir. Zülal və kalsium karbonat (CaCO3) əlavəsinin daha yüksək səviyyələrində, bioloji parçalana bilən köpük məhsulu daha çox su uducu olur, asanlıqla parçalanır, daha az dartılma gücünə malikdir və qeyri-müntəzəm divar hüceyrə quruluşuna malikdir

doi.org/10.32737/0005-2531-2022-4-21-26

 

Açar sözlər : bişirilmə prosesi, bioloji parçalanma, soya proteini, suyun udulması
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı