ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Sb2S3-Cu2Cr4Te7 SİSTEMİNİN ƏRİNTİLƏRİNİN SİNTEZİ VƏ FİZİKİ-KİMYƏVİ TƏDQİQİ
İ.İ. Əliyev, E.İ. Məmmədov, F.V.Yusubov, L.F. Masieva, X.M.Həşimov

Sb2S3 və Cu2Cr4Te7 birləşmələri arasındakı qarşılıqlı təsirlərin öyrənilməsi üçün geniş qatılıq  sahəsində nümunələr sintez edilmiş və fiziki-kimyəvi analiz metodları vasitəsilə (DTA, RFA, MQA, həmçinin sıxlıq və mikrobərkliyin ölçülməsi) tədqiq edilmiş və faza diaqramı qurulmuşdur. Sistemin faza diaqramı evtektik  tarazlıq və peritektik çevrilmə ilə xarakterizə olunur. Sb2S3-Cu2Cr4Te7 sistemdə ilkin komponentlər əsasında otaq temperaturunda Sb2S3 əsasında 4 mol % bərk məhlul sahəsi  olduğu halda, Cu2Cr4Te7 birləşməsi əsasında isə 10 mol % həllolma sahəsi müəyyən edilmişdir. Sb2S3-Cu2Cr4Te7 sisteminin 1, 2 və 4 mol % Cu2Cr4Te7 bərk məhlul ərintilərinin elektrik keçiriciliyinin və termo-ehq-nin temperatur asılılığı 20–2500C temperatur intervalında öyrənilmişdir

doi.org/10.32737/0005-2531-2023-1-162-168

Açar sözlər : sistem, faza, sıxlıq, sinqoniya, komponent
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2023
MÜNDƏRİCAT
- QARŞILIQLI 6Ag2Se+Ag8SiTe6«6Ag2Te+Ag8SiSe6 SİSTEMİNDƏ KRİSTALLAŞMA SƏTHLƏRİ VƏ FAZA TARAZLIQLARIA.C.Əmiraslanova, K.N.Babanlı, S.Z.İmaməliyeva, E.İ.Əhmədov, Yu.Ə.Yusibov, M.B.Babanlı
- FOSFORLAŞDIRILMIŞ REZİN TULLANTILARININ TURŞU-ƏSAS XASSƏLƏRİN.A.Əfəndiyeva, İ.A.Büniyatzadə, N.M.Binnətova, N.M.Quliyeva, C.Ə.Nağıyev, R.M.AlosmanovDavamı